EN

Bakıda 46 milyard manat dəyərində sənaye məhsulu istehsal olunub

BAKI, 29 dekabr. TELEQRAF

2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manat təşkil edib.

Teleqraf Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 72,8 faizi mədənçıxarma, 23,5faizi emal, 2,6faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorununpayı 83,1 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkiletmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında01 dekabr2025-ci il vəziyyətinə 413,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48,0 milyon manat məbləğində digər məhsullar damövcud olmuşdur.

Chosen
59
23
teleqraf.com

10Sources