İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib.
Hafta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qanuna əsasən, işsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərcləri 266 400 000 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
1. işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000 manat;
2. işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000 manat.
Müəyyən edilir ki, 2026-cı ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
| Sıra №-si | Gəlirlərin mənbələri | Məbləğ (manatla) |
| 2.1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: | 236 600 000 |
| 2.1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 25 950 000 |
| 2.1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 25 950 000 |
| 2.1.3. | qeyri-büdcə sektoru üzrə | 184 700 000 |
| 2.2. | Sair gəlirlər | 1 700 000 |
Müəyyən edilir ki, işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
| Sıra №-si | Xərclərin istiqamətləri | Məbləğ (manatla) |
| 3.1. | İşsizliyə görə sığorta ödənişləri | 28 000 000 |
| 3.2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 26 000 000 |
| 3.3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi | 1 500 000 |
| 3.4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 500 000 |
| 3.5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 3 700 000 |
| 3.6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 77 000 000 |
| 3.7. | Sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi | 6 000 000 |
| 3.8. | Peşə standartlarının hazırlanması | 1 000 000 |
| 3.9. | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri | 68 700 000 |
| 3.10. | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri | 50 000 000 |
| 3.11. | Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması | 1 000 000 |
| 3.12. | Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi | 2 000 000 |
| 3.13. | Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri | 1 000 000 |