Prezident İlham Əliyev ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin və dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədlərinin müəyyən edilməsi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
"Far.Az" xəbər verir ki, fərmana əsasən, sözügedən hədəflər müvafiq olaraq 13 % və 30 % müəyyən olunub.
Bundan əvvəl dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi 20 % olub.