EN

Gürcüstanın keçmiş baş prokuroru beynəlxalq axtarışa VERİLƏCƏK

Ajans.az xəbər verir ki,bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bazar ertəsi keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, Partsxaladze 2025-ci ilin mart ayında Tbilisidə iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur. Daraxvelidze bildirib ki, istintaq Otar Partsxaladzenin qətlin təşkilatçısı olduğunu müəyyən edib. İstintaq materialları əsasında Baş Prokurorluq onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edib. Nazir müavini qeyd edib ki, qanunla müəyyən edilmiş müddət ərzində Partsxaladze barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunacaq. Həmin qərardan sonra o, beynəlxalq axtarışa veriləcək. Bildirilib ki, Otar Partsxaladze Rusiya vətəndaşıdır. Xatırladaq ki, Gürcü iş adamı Levan Canqveladzenin qətli 14 mart 2025-ci ildə Tbilisidə baş verib. Cinayəti törətməkdə şübhəli bilinən Gela Udzilauri həbs edilib və günahını etiraf edib. Lakin o, qətlin sifarişli xarakter daşıdığını inkar edib.

 

Chosen
31
13
Ajans.az

10Sources