EN

Ukraynalı əsirləri edam ediblər

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 27-də Ukraynanın Pokrovsk rayonunun Şaxove kəndindəki mövqelərə hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi əsir götürülərək edam olunub.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“İşğalçılar odlu silahla hədələyərək onlardan birini qismən soyunmağa məcbur edib, sonra hər iki silahsız müdafiəçini güllələyiblər. Hərbi əsirlərin öldüyünü görüb, artıq ölmüş ikinci müdafiəçinin də paltarlarını çıxarıblar”,- qeyd edilir.

Bildirilir ki, Pokrovski rayonunda Rusiya ordusunun nümayəndələri tərəfindən əsir götürülmüş Ukrayna müdafiəçilərinin güllələnməsi ilə bağlı istintaq başlanıb.

Qeyd olunur ki, hərbi əsirlərin qəsdən öldürülməsi Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və ağır beynəlxalq cinayət kimi qiymətləndirilir.

Bir nəfərin ölümünə səbəb olan müharibə cinayətinin törədilməsi (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə cinayət işi üzrə məhkəməyəqədər istintaq başlanıb.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
39
reyting.az

10Sources