EN

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kollektivi və tələbələri əlamətdar günlər münasibətilə təbrik edərək, yeni ildə onlara uğurlar arzulayıb.

Rektor çıxışında 2025-ci ilin Bakı Ali Neft Məktəbi üçün xüsusilə uğurlu və əlamətdar il olduğunu vurğulayıb, bu ildə qazanılan bir sıra nailiyyətləri qeyd edib.

Bayram tədbiri çərçivəsində lotoreya şans oyunu keçirilib, proqram “Aynabənd” qrupunun ifası ilə davam edib.

Chosen
22
50
ikisahil.az

10Sources