"Fənərbağça"nın futbolçusu Oğuz Aydın karyerasını Rusiyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, ÇSKA klubu 24 yaşlı vingeri satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir.

Onlar artıq İstanbul təmsilçisi ilə təmas qurub.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

O. Aydınla "Trabzonspor" da yaxından maraqlanır.

Türkiyəli futbolçu 2024-cü ilin yayından "Fənərbağça"da çıxış edir. O, cari mövsüm 24 oyunda meydanda olub və 2 məhsuldar ötürmə edib.