EN

Əfsanəvi futbolçunun qızı evlənir: Görün nişanlısı kimdir

Elə bil dünən idi. Əfsanəvi yarımmüdafiəçi Pavel Nedved “Qızıl top”u qazanır və “Yuventus”a A Seriyasına qayıtmaq yolunda kömək edirdi. Amma zaman çox sürətlə keçir: məlum olur ki, əfsanəvi çex futbolçunun övladları artıq ailə qurmağa hazırlaşırlar.

İvana ilə tanış olun. O, həm Pavelin qızıdır, həm də amerikalı tennisçi Sebastyan Kordanın nişanlısıdır.

Publika.az xəbər verir ki, İvana 25 mart 1997-ci ildə Romada dünyaya gəlib. Həmin vaxt atası “Latsio”da ilk mövsümünü keçirirdi və artıq o dönəmdə Avropanın aparıcı klublarının diqqət mərkəzində idi.

Chosen
20
18
publika.az

10Sources