EN

İstanbul nəhənginin hücumçusu Rusiya klubuna keçir - MƏBLƏĞ

"Fənərbağça"nın hücumçusu Oğuz Aydın karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder İvan Karpov şəxsi "Teleqram" kanalında yayıb.

Məlumata görə, Aydını sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə Moskva CSKA-sı (MOİK) icarəyə götürəcək. Sağ və sol cinah vingeri, eləcə də mərkəz hücumçusu mövqeyində oynamağı bacaran futbolçunun 6 aylıq icarəsi Moskva klubuna 500 min avroya başa gələcək. Ruslar sonradan 5 milyon avro ödəyərək 25 yaşlı futbolçunu daimi əsasda rənglərinə bağlaya biləcəklər.

Qeyd edək ki, cari mövsüm "Fənərbağça" forması ilə bütün turnirlərdə 24 matça çıxan Oğuz 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Chosen
11
fanat.az

1Sources