Hindistanın Andhra Pradeş əyalətində qatarda baş verən yanğında bir nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Tata Nagar-Ernakulam Ekspres xəttində hərəkət edən sərnişin qatarı yerli vaxtla saat 01:30 radələrində alovlanıb.
Səlahiyyətlilər yanğının B1 və M2 nömrəli kondisionerli vaqonlarda başladığını və qatarın stansiyada dayandırıldığını bildiriblər.
Yanğınsöndürənlər gələnə qədər alov sürətlə iki vaqonu əhatə edib. Sərnişinlərin əksəriyyəti vaqonlardan təxliyə edilib.