"Şahdağ Qusar"ın veteran futbolçusu Şərafədin Məmmədov vəfat edib.
Â
Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Â
O, 55 yaşında vəfat edib.
Â
Xatırladaq ki, keçən il Ş.Məmmədovda beyin şişi aşkarlanıb. Təcrübəli məşqçi dostlarının köməyi ilə Bakıda əməliyyat olunub və beynindəki şiş götürülmüşdü.
Â
Qeyd edək ki, Şərafəddin Məmmədov futbolçu karyerasını 2000-ci ildə başa vuraraq, məşqçi kimi işə başlayıb. 2009-cu ildə "Şahdağ Qusar"ın qısa müddət baş məşqçisi olmuş mütəxəssis daha sonra Qusar Uşaq Gənclər İdman Şahmat Məktəbində (UGİŞM) uşaq futbol məşqçisi kimi çalışıb.
Tarix: 29 Dekabr 2025, 17:46Â Â Â