Alimlər oturaq həyat tərzinidoqquz növ xərçənglə əlaqələndirib. Televizor qarşısında gündə bir saatdan çox hərəkət etmədən vaxt keçirmək xərçəng riskini 2 dəfə artıra bilər.
Medicina.az məlumatına görə, ABŞ-dakı Milli Xərçəng İnstitutunun epidemioloqları tərəfindən aparılan araşdırma göstərir ki televizor və ya kompüter qarşısında uzun müddət oturmaq təkcə ürək xəstəliyinə deyil, həm də bir neçə növ xərçəngə səbəb ola bilər.
Əvvəllər alimlər oturaq həyat tərzinin döş və yoğun bağırsaq xərçəngi riskini artırdığını aşkar etmişdilər və indi uzun müddət oturmaq ağciyər, boyun və baş xərçəngi də daxil olmaqla daha doqquz növ xərçəng riskini artırır. Bu, soyuq qış günlərində evdə vaxt keçirən, xüsusən də televizora baxan saysız-hesabsız insan üçün o qədər də yaxşı xəbər deyil.
Bu mənfi tendensiya sadə həyat tərzi dəyişiklikləri ilə geri qaytarıla bilər. Məsələn, saatda ən azı bir dəfə durmaq, ev işlərini daha tez-tez görmək və vaxtaşırı çölə çıxıb gəzintiyə çıxmaq.
Xatırladaq ki, elm oturaq həyat tərzi ilə ürək xəstəliyi, insult, 2-ci tip diabet, hipertoniya, beyin və ağciyər xəstəlikləri, iki növ şiş və yıxılmalar səbəbindən vaxtından əvvəl ölüm arasında güclü əlaqənin olduğunu sübut edib. Əgər insanlar həftədə ən azı 7,5 saat fiziki fəaliyyətlə məşğul olarsa, onların ölüm riski 20% azalır. Lakin mütəxəssislər daha uzun ömür sürmək üçün bu rəqəmləri artırmağı və daha tez-tez hərəkət etməyi tövsiyə edirlər.
Aygün Musayeva