Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2025-ci ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.
Qaliblər arasında "Futbol+"in reportyoru Müzəffər Quluzadə də var.
2025-ci ilin idman laureatları
İlin idmançısı
Kişilər
Sübhan Mamedov (boks)
Həsrət Cəfərov (yunan-Roma güləşi)
Tofiq Əliyev (gimnast)
Qadınlar
Günay Qurbanova (güləş)
Südabə Ağayeva (cüdo)
Aynur Mikayılova (boks)
İlin klubu – “Sabah” basketbol klubu
İlin komandası – Şahmat üzrə qadınlardan ibarət milli komanda
İlin federasiyası – Azərbaycan Boks Federasiyası
İlin informasiya agentliyi – AZƏRTAC
İlin televiziya kanalı – İdman TV
İlin idman qurumu – Azərbaycan Deflimpiya Komitəsi
İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” Futbol Klubu)
İlin hakimi – Fuad Aslanov (boks)
İlin jurnalisti
İdman saytları üzrə – Rasim Sultanzadə (APASport.az)
İctimai-siyasi saytlar üzrə – Elmir Əliyev (Haqqin.az)
Qəzetlər üzrə – Müzəffər Quluzadə (Futbol+)
Televiziya üzrə – Arifə Lətifova (CBC Sport)
Radio üzrə – Elşən Həmzəyev (ASAN Radio)
İlin şərhçisi – Tural Dadaşov (İctimai TV)
İlin fotoreportyoru – Dilavər Nəcəfov
İlin saytı
İdman saytları üzrə – futbolinfo.az
İctimai-siyasi saytlar üzrə – qaynarinfo.az.