EN

Məhşur jurnalist azadlığa buraxıldı - Foto

Jurnalist Fatih Altaylı barəsində verilmiş həbs qərarı ləğv edilib.

“Yeni Sabah” “Habertürk”ə istinadən xəbər verir ki, özünün yutub kanalında prezident Rəcəb Tayyib Ərdoğanı təhdid etmək ittihamı ilə bu ilin iyununda həbs edilən jurnalist az öncə azadlığa buraxılıb.

F.Altaylı barəsində aparılan məhkəmə prosesində o, 4 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkəmə onun həbsdə saxlanılması qərarını qüvvədə saxlamışdı. Müdafiə tərəfinin yuxarı instansiya məhkəməsinə etdiyi müraciətlər ilkin mərhələdə təmin edilməmişdi.

Lakin Bölgə Ədliyyə Məhkəməsi işi yenidən nəzərdən keçirərək, bu gün jurnalist Fatih Altaylının azadlığa çıxması ilə bağlı qərar verib. Məhkəmə kollegiyası işə yenidən baxaraq, təqsirləndirilən şəxs kimi F.Altaylının törətdiyi əməlinin xarakterini, sübutların artıq toplanmış olmasını, onun qaçma ehtimalının olmamasını, təyin edilən cəzanın həcmini və onun həbsdə keçirdiyi müddəti nəzərə alaraq bu qərarı verib.

İlhamə Qasımlı


Telegram kanalımız
Chosen
31
42
yenisabah.az

10Sources