EN

Milli Məclisin deputatı Rövşən Muradov Laçın rayon sakinləri ilə növbəti görüşünü keçirib

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Milli Məclisinin deputatı Rövşən Muradov Xəzər rayonu Buzovna qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə növbəti görüşünü keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov iştirak edib.

Görüş zamanı sakinlər üzləşdikləri problemlərdən bəhs edib və bır sıra təkliflərlə millət vəkilinə müraciət ediblər.

Deputat qaldırılan məsələlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyini bildirib, eyni zamanda bəzi müraciətlərin aidiyyəti dövlət qurumlarına çatdırılaraq həll olunması üçün zəruri addımların atılacağını qeyd edib.

Qəbul iştirakçıları onlara göstərilən diqqət və dəstəyə görə millət vəkilinə təşəkkür edib, bu cür görüşlərin vətəndaşların problemlərinin operativ və səmərəli həllinə mühüm töhfə verəcəyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
23
sesqazeti.az

10Sources