EN

Tibbi sığorta meydana çıxandan sonra əhalinin tibb müəssisələrinə axını güclənib AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son dövrlərdə ən çox müzakirə olunan məsələlərdən biri tibb işçilərinin sayının azalması, eyni zamanda xəstələrin sayının artmasıdır. Xüsusilə regionlarda yaşayan əhali ixtisaslı həkim çatışmazlığından ciddi şəkildə şikayətlənir. Bir çox bölgədə müəyyən sahələr üzrə mütəxəssis həkimlərin olmaması və ya sayının kifayət etməməsi səhiyyə xidmətlərinin əlçatanlığını çətinləşdirir.

Bu vəziyyətin yaranmasına səbəb olan əsas amillər hansılardır?

Redaktor.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirdi ki, tibbi sığorta meydana çıxandan sonra demək olar ölkə əhalisinin tibb müəssisələrinə axını güclənib.

"Həddindən artıq çoxdur, xəstələr çox müraciət eləyirlər. Yəni tibbi sığortanın verdiyi üstünlüklərdən istifadə eləməyə çalışırlar. Ona görə də xəstələrin müraciətinin çox olması bir az həkimlərin sayının az olması prosesini ortaya çıxardır. Amma son dövrdə ştat üzrə həkimlərin işə qəbulunda müəyyən ləngimələr var. Bundan əlavə ölkədə Tibb Universitetini qurtaran tələbələrin böyük əksəriyyəti ölkəni tərk edib başqa ölkələrdə daha çox işləməyi özlərinə üstünlük bilirlər. Bu da müəyyən qədər həkimlərin sayının azalmasına səbəb olur. Belə bir vəziyyətdə ölkə əhalisinin artımını nəzərdə tutaraq həkimlər üçün elə bir şərait yaradılmalıdır ki, onlar ölkə daxilində iş tapıb işləmək üçün maraq göstərsinlər. Bu zaman da çatışmayan həkim yerini doldurmaq daha asan olar", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
50
redaktor.az

10Sources