EN

Goranboyda 3 nəfər balıqdan zəhərlənib

Goranboyda 3 nəfər qidadan zəhərlənib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. 

Onlar yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Chosen
41
48
news365.az

10Sources