EN

Joze Mourinyudan maraqlı açıqlama: Braqa nı 3:2 hesabı ilə məğlub etdik

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Portuqaliya çempionatının 16-cı turu çərçivəsində keçirilən "Braqa" - "Benfika" matçı gözlənilməz hadisə ilə yadda qalıb.

Fanat.Az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, "Benfika"nın baş məşqçisi Joze Mourinyu oyunsonrası müsahibəsində komandasının qalib gəldiyini iddia edib.

Təcrübəli mütəxəssis ləğv olunan qolun təmiz olduğunu bildirərək bu sözləri deyib:

"Bura gəlib "Braqa"nı 3:2 hesabı ilə yenmək əla bir nəticədir. 3:2 hesabı ilə qazandıq. Qol təmiz idi, qalib gəldik, bu, möhtəşəm bir qələbə idi".

Qeyd edək ki, bu bərabərlikdən sonra Benfikanın turnir cədvəlindəki vəziyyəti çətinləşə bilər. Əgər "Portu" növbəti oyununda qələbə qazanarsa, Joze Mourinyunun yetirmələri liderdən 10 xal geri qalacaqlar.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
15
fanat.az

10Sources