ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp İsrail ilə Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Suriyanın müvəqqəti rəhbərliyi arasında konstruktiv münasibətlərin qurulmasına ümid etdiyini bildirib.Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri, bunu dekabrın 29-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqları zamanı deyib.“Ümid edirəm ki, Netanyahu Suriya ilə yola gedəcək, çünki Suriyanın yeni prezidenti yaxşı iş görmək üçün çox çalışır. O, həqiqətən də belədir”, - Tramp deyib.Prezident vurğulayıb ki, ABŞ Suriya dövlətinin qorunmasında maraqlıdır və buna görə də sanksiyaların qaldırılması qərarı əvvəllər verilmişdi:""Mən Suriyaya qarşı sanksiyaları ləğv etdim, çünki əks halda onların şansı olmazdı. Biz Suriyanın yaşamasını istəyirik".Cavid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.