EN

Əlbəyaxa olan oyunçuların cəzası açıqlandı

NBA 28 dekabr tarixində keçirilən oyunda baş verən dava ilə əlaqədar olaraq “Yeni Orlean”ın basketbolçusu Xose Alvarado və “Finiks”in oyunçusu Mark Uilyamsı diskvalifikasiya edib.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

NBA bazar günü maaşdan məhrumetmə ilə müşayiət olunan diskvalifikasiyanı rəsmən açıqlayıb. Alvarado “Yeni Orlean Pelikans”ın “Nyu-York Niks” və “Çikaqo Bullz”la matçlarını buraxacaq. Uilyams isə bazar ertəsi “Vaşinqton Uizards”a qarşı görüşdə iştirak etməyəcək.

Chosen
114
2
publika.az

3Sources