“Bornmut”un cinah oyunçusu Antuan Semenyo növbəti 48 saat ərzində “Mançester Siti”yə qoşulacaq.
İdman.Biz-in xəbərinə görə, bu barədə insayder Ben Ceykobs məlumat verib.
O bildirib ki, ödəniş strukturu ilə bağlı 29 dekabr bazar ertəsi günü aparılan müsbət danışıqlardan sonra irəliləyiş əldə edilib.
Mənbənin məlumatına görə, Semenyo artıq “Mançester Siti” ilə şifahi şəkildə şəxsi şərtlər barədə razılığa gəlib.
“Bornmut”un hələ də oyunçunun “Çelsi”yə qarşı vida matçında iştirak edəcəyinə ümid etdiyi bildirilir. İngiltərə Premyer Liqasının 19-cu tur oyunu 30 dekabr çərşənbə axşamı günü keçiriləcək.
Mediada yayılan məlumatlara görə, Antuan Semenyonun “Bornmut”la müqaviləsində 65 milyon funt sterlinq (75 milyon avro) məbləğində sərbəst buraxılış bəndi var. Bu məbləğ yalnız 10 yanvar 2026-cı ilə qədər qüvvədədir. “Bornmut” əvəzedici oyunçu almaq üçün vaxt vermək məqsədilə bəndi qəsdən məhdudlaşdırıb.