EN

Narkotiklə dolu çantasını qatarda unutdu, polisdən kömək istədi

Polşada bir sərnişin qatarda unutduğu marixuana ilə dolu çantasını tapmaq üçün polisə müraciət edib.

Publika.az xəbər verir ki, dekabrın 19-da Lublin Qlovnı stansiyasında tərk edilmiş çanta və gödəkçə tapılıb. İşçilər Dəmir Yolu Mühafizəsi növbətçisinə məlumat verib, növbətçi isə polislə əlaqə saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib, onlar çantadan içərisində marixuana olduğu müəyyən edilmiş naməlum maddə tapıblar.

Polis araşdırma apararkən çantanın sahibi özü onlarla əlaqə saxlayıb. Gənc oğlan polis bölməsinə zəng edib, itki barədə məlumat verdikdən sonra əşyalarını dəqiq təsvir edib. Ona əşyalarını itirdiyi stansiyaya getməsi söylənilib və orada saxlanılıb.

Həmin şəxsi üç ilə qədər həbs cəzası gözləyir.

Chosen
83
publika.az

1Sources