HƏMAS Qəzzada sülhün bərqərar olunması ilə bağlı ABŞ Prezidentinin potensialına güvənir.
Bunu “Al Arabiyya” kanalına təşkilatın mətbuat katibi Hazim Qasim deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə olunmasında əsas rolu oynayıb, lakin vəziyyət kövrək və ölümcül olaraq qalır.
HƏMAS rəsmisi atəşkəsin əldə olunmasından bəri Qəzzada 420-dən çox insanın həlak olduğunu deyib.
Buna baxmayaraq, Hazim Qasim təşkilatın Trampın sülh potensialına güvəndiyini və ABŞ-ın İsraili sülhə məcbur edə biləcək yeganə ölkə olduğunu iddia edib.
Qeyd edək ki, HƏMAS və İsrail arasında atəşkəs oktyabrın 10-da əldə olunub və təşkilat 28 israilli girovdan 27-ni İsrailə təhvil verib.
İsrail də öz növbəsində qaytarılan hər bir girov müqabilində 15 fələstinlini Qəzzaya təhvil verib.