EN

İstanbul danışıqlarından sonra Rusiyaya 2300 hərbçi qaytarılıb

BAKI, 30 dekabr. TELEQRAF

2025-ci ildə İstanbulda əldə olunan razılaşmalar nəticəsində Rusiya Ukrayna ilə mübadilə çərçivəsində təxminən 2300 hərbçisini geri qaytarıb.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, razılaşmalar nəticəsində Rusiyaya, həmçinin, təxminən 170 mülki şəxs qaytarılıb:
“Beləliklə, İstanbulda əldə olunan razılaşmalar sayəsində Rusiyaya təqribən 2,3 min hərbçi və 170-ə yaxın mülki şəxs geri qayıdıb”.

Qaluzin qeyd edib ki, həmin razılaşmalar çərçivəsində Ukrayna tərəfinə də təxminən 2,4 min hərbçi və eyni sayda – 170 mülki şəxs təhvil verilib.

Chosen
28
teleqraf.com

1Sources