EN

Lavrov: Rusiya ABŞ-ni təhlükəsizlik zəmanətləri üzrə danışıqları bərpa etməyə dəvət edib...

Moskva dialoq üçün 2021-ci ildə təqdim olunan razılaşma layihələrini əsas hesab edir...

Poliqon xəbər verir ki, Rusiya sentyabr ayında ABŞ-yə təhlükəsizlik zəmanətləri sisteminin yaradılması ilə bağlı dialoqun başlanması barədə rəsmi təklif göndərib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Moskva müzakirələr üçün əsas kimi 2021-ci ildə Vaşinqtona və Avropa dövlətlərinə təqdim olunmuş razılaşma layihələrini uyğun hesab edir.

Sergey Lavrov vurğulayıb ki, təhlükəsizlik zəmanətləri ilə bağlı istənilən razılaşma mütləq təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanmalıdır. Nazir xatırladıb ki, bu prinsip ATƏT-in 1999-cu ildə İstanbulda və 2010-cu ildə Astanada keçirilmiş sammitlərinin konsensus sənədlərində təsbit olunub və bütün iştirakçı dövlətlər tərəfindən qəbul edilib.

Lavrovun sözlərinə görə, Rusiya bu fundamental prinsipin praktikada da nəzərə alınmasını və heç bir dövlətin öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına möhkəmləndirməməsini tələb edir. Moskva hesab edir ki, məhz bu yanaşma Avro-Atlantik məkanda sabitliyin bərpasına imkan verə bilər.

Xatırladaq ki, 2021-ci ildə Rusiya ABŞ və NATO-dan hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri tələb etmişdi. Moskva Şimali Atlantika Alyansının daha da genişlənməsindən imtina etməsini, postsovet ölkələri ilə hərbi əməkdaşlığın dayandırılmasını, NATO qüvvələrinin 1997-ci il mövqelərinə geri çəkilməsini, eləcə də nüvə silahlarının milli ərazilərdən kənarda yerləşdirilməsinin qadağan olunmasını istəyirdi. Rusiya prezidenti Vladimir Putin daha sonra bildirmişdi ki, bu tələblərə ABŞ və NATO tərəfindən birbaşa imtina cavabı verilib.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources