İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani ABŞ Prezidenti Donald Trampın İrana güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
Şamxani bildirib ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla nəticələnəcək.
"İranın müdafiə doktrinasında bəzi cavab tədbirləri hələ təhdid reallaşmamışdan əvvəl müəyyən edilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və icazə tələb etmir. Hər bir təcavüz, təşkilatçılarının təsəvvüründən kənara çıxan dərhal və sərt cavabla qarşılanacaq", - deyə Şamxani qeyd edib.