EN

“Heç kəsin məndən xəbəri yox idi, 5 il ailəmdən uzaq qaldım” - sosial şəbəkədə məşhurlaşan fitnes məşqçi - FOTO

“Gənclər və İdman Nazirliyinin 2025-ci ilin “Ən yaxşı sosial media fenomeni” mükafatına layiq görülməyim mənim üçün böyük sürpriz oldu. Heç ağlımın ucundan da keçmirdi ki, belə bir adla təltif olunacam. Onu da deyim ki, bir il ərzində mən sosial şəbəkəyə çox əmək sərf etmişəm. Azərbaycanda onlayn və sosial sahədə konsultasiyalar aparmışam, evdən videolar çəkmişəm və maraqlı kontentlər hazırlamışam. Məhz buna görə təltif olunmuşam. Mən bu mükafatı gözləmirdim və bunun üçün heç bir yerə müraciət etməmişdim”.
 
Bunu Moderator.az-a açıqlamasında sosial şəbəkədə məşhurlaşan fitnes model, kouç Günay Arazova deyib.
O daha sonra əlavə edib:
 
“Professional olaraq bodybuildinq idman növü ilə məşğul oluram. 15 ildir bu sahədəyəm. Özümü inkişaf etdirmək, fəaliyyətimi önə çıxarmağı qarşıma məqsəd qoymuşdum. Hər zaman fərqli bir yerdə olmaq istəmişəm. Ötən ilin noyabr ayında mən Azərbaycana gəldim. Hər şey də, ən əsası məşhurlaşmağım ondan sonra oldu. Son 5 ili mən burada yaşamırdım. 2019-cu ilin yanvar ayında Türkiyəyə köçdüm. Ara-sıra gəlib-gedirdim. Çünki ailəm burada idi. O müddət ki, mən Ankarada, Antalyada fəaliyyət göstərdim, idmançı kimi özümü püxtələşdirdim. Orada sosial şəbəkədən aktiv istifadə edirdim. Çəkib hazırladığım videogörüntüləri səhifəmə yükləyirdim. Amma orada mənim çox böyük ətrafım, azərbaycanlılardan ibarət dostlarım, tanışlarım yox idi. Tamamilə tək idim. 3 min izləyicim var idi. Səhifəmi aktiv şəkildə istifadə edirdim, amma böyük kütləyə çatmamışdım. Azərbaycanda heç kəsin məndən xəbəri yox idi”, - deyə Günay Arazova deyib.
Chosen
29
moderator.az

1Sources