EN

Tramp Türkiyə qoşunlarının Qəzzada yerləşdirilməsi haqda:

ABŞ Prezidenti Donald Tramp sülhməramlı müşahidə missiyası çərçivəsində Qəzza sektorunda türkiyəli hərbçilərin yerləşdirilməsini məqsədəuyğun hesab edir.

 

"The Times of Israel" xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahında İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə danışıb.

 

Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin əla olduğunu da vurğulayıb: "Biz bunu müzakirə edəcəyik, düşünürəm ki, yaxşıdır... Türkiyə əla olub və mənim fikrimcə, o, (Ərdoğan - red.) əladır. Mənim üçün o, həmişə çox yaxşı lider olub".

Chosen
20
senzor.az

1Sources