Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Vətən partiyasının katibi Xaçik Qalstyanı saxlayıblar.
Modern.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Daha əvvəl partiya lideri Artur Vanetsyan bildirib ki, ona məlum olmayan səbəblərdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Qalstyanın mənzilində axtarış aparırlar.