EN

Tramp: “Netanyahunun Ərdoğana hörməti var”

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı belə deyib.

“Mən prezident Ərdoğanı çox yaxşı tanıyıram və hamınızın bildiyi kimi o, mənim çox yaxşı dostumdur. Mən ona hörmət edirəm, Bibi (Binyamin Netanyahu) ona hörmət edir. Onların heç bir problemi olmayacaq, mən onları çox yaxşı tanıyıram. Ərdoğan fantastik iş görüb. Mən onunlayam. Mən hər zaman Bibi ilə bir yerdəyəm. Heç nə baş verməyəcək. Mən İsrailin etdiyi heç nədən narahat deyiləm”,- Amerika lideri bildirib.

Ağ Evin rəhbəri Netanyahunu həmçinin“güclü adam” və “qəhrəman”adlandırıb. Onun sözlərinə görə, Bibi güclü insandır. O, bəzən çox çətin ola bilər, amma insanlara güclü adam lazımdır. Əgər israillilərin zəif bir adamı olsaydı, bu gün İsrailolmazdı.

- Onlar digər liderlərin əksəriyyətinin dövründə mövcud olmazdılar və indi həmişəkindən daha güclüdürlər. Bibi ilə təxminən beş dəqiqə davam edən görüşümüz oldu və biz artıq üç məsələni həll etdik. Bunu necə etməmək olardı?O, hərbi baş nazirdir, qəhrəmandır. Ona necə əfv verməmək olar? Məncə, bunu etməmək çox çətindir. Mən İsrail prezidenti ilə danışdım. Mənə dedi ki, artıq bu proses gedir”, - Donald Tramp vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
34
azvision.az

1Sources