EN

İspaniya millisinin yarımmüdafiəçisi əməliyyat olundu

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Betis" və İspaniya millisinin yarımmüdafiəçisi İsko sağ topuğundan artroskopik əməliyyat keçirib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, "yaşıl-ağlar"ın kapitanına konservativ müalicə təyin edilsə də, "Betis"in tibbi heyəti sağalma prosesini sürətləndirmək və zədələnmiş oynağın təmizlənməsinə qərar verib. Futbolçunun yaşıl meydanlara geri dönəcəyi tarix rəsmi açıqlanmasa da, mətbuat İskonun bir ay kənar qalacağını və yeni ilin əvvəlində komandasının oyunlarında iştirak edə bilməyəcəyini bildirir.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi bir ay əvvəl Avropa Liqasında "Utrext"ə 1:2 hesabı ilə uduzduqları oyunda mərakeşli komanda yoldaşı Sofiyan Amrabatla toqquşduqdan sonra qığırdaq zədəsi alıb. İsko bu mövsüm bütün yarışlarda cəmi iki oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib. İspaniyalı oyunçu ümumilikdə 39 dəqiqə meydanda olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
sport24.az

1Sources