ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın beynəlxalq səviyyədə yüksək imicini formalaşdıran amillərdən biri də respublikamızda idmanın inkişafı və idmançılarımızın mötəbər yarışlardakı qələbələridir. Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı toxunduğu məsələlər, idmançılarımızın nəticələri ilə bağlı diqqətə çatdırdığı göstəricilər bir daha təsdiq etdi ki, Azərbaycan həm də idman dövləti kimi inkişaf edir və tanınır.
Məlum olduğu kimi, Azərbaycanda hələ sovet dövründə idman ənənəsi formalaşmışdı. O illərdə azərbaycanlı idmançılar həm fərdi, həm də kollektiv idman növlərində ittifaq və beynəlxalq miqyasda böyük nailiyyətlər qazanmışdılar, hər yerdə tanınırdılar. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikamıza rəhbərlik edənlərin laqeyd münasibəti digər sahələr kimi idman sferasını da tənəzzülə uğratmış, böhrana səbəb olmuşdu. Bunun nəticəsi kimi idman infrastrukturu sıradan çıxmış, perspektivli idmançılarımız isə başqa dövlətlərin bayrağı altında çıxış etmək məcburiyyətində qalmışdılar.İdman sahəsində də vəziyyət yalnız Ulu Öndər Heydər Əliyevin xalqımızın 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra dəyişdi. Ulu Öndərin müdrikcəsinə əsasını qoyduğu idman, bədən tərbiyyəsi və gənclər siyasəti respublikamızın idman həyatındakı tənəzzülü dayandırdı, müsbətə doğru dəyişikliyin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin sayəsində tezliklə respublikamızda idman sahəsində mühüm uğurlar əldə olundu. Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdən qızıl medallarla qayıtmağa başladılar.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə 1997-ci ildə cənab İlham Əliyevin seçilməsi idman və bədən tərbiyəsi sferasında həyata keçirilən dövlət siyasətini daha da gücləndirərək, yeni şəraitdə reallaşmasına böyük imkanlar yaratdı. Cənab İlham Əliyev MOK prezidenti kimi ölkədə idmanın və Olimpiya hərəkatının inkişafı, Azərbaycanın beynəlxalq idman aləminə inteqrasiyası ilə bağlı həyata keçirdiyi tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı. Bu baxımdan Azərbaycanda idmanla bağlı ən böyük həqiqətlərdən biri budur ki, cənab İlham Əliyevin 1997-ci ildən MOK-a rəhbərlik etməsindən sonra ölkəmizdə idmanın inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Məhz bundan sonra Azərbaycan idmançıları ilk dəfə olaraq Olimpiya Oyunlarında qızıl medallar qazanıblar, respublikamızda idman infrastrukturunun yenidən qurulması başlayıb. Hələ 2000-ci il Sidney Olimpiya Oyunlarında qazanılan iki qızıl və bir bürünc medal respublikamızda həyata keçirilən mütərəqqi idman siyasətindən xəbər verirdi.
Bölgələrimizdə də müasir idman infrastrukturunun yaradılması beynəlxalq idman tədbirlərinin ölkəmizin digər şəhər və rayonlarında keçirilməsinə imkan verir. Bu xüsusda, cari ildə III MDB Oyunlarının ölkəmizin yeddi müxtəlif şəhərində yüksək səviyyədə təşkil olunması infrastruktur potensialını nümayiş etdirdi. Eyni zamanda Bakıda ilk dəfə keçirilən UFC turniri, eləcə də Formula1 yarışlarının davamlı təşkili idman vasitəsilə ölkəmizin yüksək səviyyədə təqdimatına imkan yaradır. Bu tədbirlər təkcə idman uğuru deyil, eyni zamanda, ölkənin turizm və iqtisadi potensialının inkişafına töhfə verir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.