EN

Ərəb koalisiyası bu ölkəyə zərbə endirdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin şərqindəki Mukalla limanına hava hücumu təşkil edərək, Birləşmiş Ərəb Əmirliklərindən cənub separatçıları üçün nəzərdə tutulan hərbi təchizatı məhv edib.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya bəyanatına istinadən bildirib ki, zərbə məhdud olub və iki gəmidən boşaldılmış silah və hərbi texnika hədəfə alınıb.

Koalisiya əvvəllər mülki şəxsləri hərbi əməliyyat səbəbindən limanı tərk etmələri barədə xəbərdar etmişdi. Əməliyyat, ölkənin cənubunun ayrılmasını müdafiə edən Cənubi Yəmən Keçid Şurasının qüvvələri tərəfindən Yəmənin şərq əyalətlərinin ələ keçirilməsi ilə əlaqədardır.

Chosen
71
publika.az

1Sources