EN

DYP avtovağzalda görüş keçirdi VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılar və sərnişinlərlə görüş keçirib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində təşkil olunan tədbirdə sərnişindaşıma kimi məsuliyyətli sahədə fəaliyyət göstərən şəxslərə üzərlərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib.

Avtosfer.az xəbər verir ki, görüş zamanı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi müayinədən keçməsi, eləcə də iş və istirahət rejiminə ciddi riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirdə iştirak edən sərnişinlərə isə hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, yol hərəkəti qaydalarını pozan sürücüləri intizama dəvət etmək tövsiyə olunub. Zərurət yarandığı halda “902 – Qaynar Xətt” xidmətinə məlumat verməyin vacibliyi diqqətə çatdırılıb.

Görüş iştirakçıları təşəbbüsü müsbət qiymətləndirərək, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün görülən işlərin, eləcə də bu sahədə Dövlət Yol Polisi ilə əməkdaşlığın hər zaman faydalı olduğunu bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
avtosfer.az

1Sources