Bakı, 30 dekabr, AZƏRTAC
Çin Jiuquan Peyk Buraxılış Mərkəzindən kosmosa yeni peyk göndərib.
AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin vaxtı ilə saat 12:12-də "Long March-4B" raketi ilə buraxılan "Tianhui-7" peyki əvvəlcədən müəyyən edilmiş orbitə uğurla daxil olub.
Peyk əsasən coğrafi xəritələşdirmə, torpaq ehtiyatlarının tədqiqi və elmi-tədqiqat kimi tapşırıqlar üçün istifadə olunacaq.
Bu buraxılış "Long March" daşıyıcı raket seriyasının 622-ci uçuş missiyasdır.