EN

Çin kosmosa yeni peyk buraxdı

Yazını böyüt
Yazını kiçilt

Çin Jiuquan Peyk Buraxılış Mərkəzindən kosmosa yeni peyk göndərib.

Hafta.az Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin vaxtı ilə saat 12:12-də "Long March-4B" raketi ilə buraxılan "Tianhui-7" peyki əvvəlcədən müəyyən edilmiş orbitə uğurla daxil olub.

Peyk əsasən coğrafi xəritələşdirmə, torpaq ehtiyatlarının tədqiqi və elmi-tədqiqat kimi tapşırıqlar üçün istifadə olunacaq.

Bu buraxılış "Long March" daşıyıcı raket seriyasının 622-ci uçuş missiyasdır.

Chosen
49
3
hafta.az

4Sources