EN

Milli Fəaliyyət Planı çərçivəsində yeni QHT-lərin yaradılması təşviq ediləcək

Dekabrın 29-da Prezident gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planını təsdiqləyib.

Azərbaycan Respublikasında gender bərabərliyinin daha da gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb

Sənəddə qadınların sosial, iqtisadi və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə Milli Fəaliyyət Planının 8.2-ci bölməsi qadınların ictimai fəallığının artırılmasına həsr olunub.

Planın 8.2.3-cü bəndində qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə qeyri-hökumət təşkilatlarının (QHT-lərin) yaradılmasının təşviqi açıq şəkildə nəzərdə tutulur.

 

 

Sıra №-si

Tədbirin adı

Əsas icraçı orqan (qurum)

Digər icraçılar

İcra müddəti

İlkin nəticələr

Aralıq nəticələr

Yekun nəticələr

8.2.3

Qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə qeyri-hökumət təşkilatlarının yaradılmasının təşviqi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

2026–2027

Gender bərabərliyinin təmin olunması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dair məlumatların toplanılması

Gender bərabərliyinin təmini sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması ilə bağlı təşviqat tədbirlərinin həyata keçirilməsi

Gender bərabərliyinin təşviqi sahəsində fəaliyyət göstərən, o cümlədən qadınların rəhbərlik etdiyi yeni qeyri-hökumət təşkilatlarının yaradılması

Chosen
29
qht.az

1Sources