Dekabrın 29-da Prezident gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planını təsdiqləyib.
Azərbaycan Respublikasında gender bərabərliyinin daha da gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb
Sənəddə qadınların sosial, iqtisadi və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə Milli Fəaliyyət Planının 8.2-ci bölməsi qadınların ictimai fəallığının artırılmasına həsr olunub.
Planın 8.2.3-cü bəndində qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə qeyri-hökumət təşkilatlarının (QHT-lərin) yaradılmasının təşviqi açıq şəkildə nəzərdə tutulur.
| Sıra №-si | Tədbirin adı | Əsas icraçı orqan (qurum) | Digər icraçılar | İcra müddəti | İlkin nəticələr | Aralıq nəticələr | Yekun nəticələr |
| 8.2.3 | Qadınların sosial-ictimai fəallığını artırmaq məqsədilə qeyri-hökumət təşkilatlarının yaradılmasının təşviqi | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi | 2026–2027 | Gender bərabərliyinin təmin olunması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına dair məlumatların toplanılması | Gender bərabərliyinin təmini sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması ilə bağlı təşviqat tədbirlərinin həyata keçirilməsi | Gender bərabərliyinin təşviqi sahəsində fəaliyyət göstərən, o cümlədən qadınların rəhbərlik etdiyi yeni qeyri-hökumət təşkilatlarının yaradılması |