EN

"Barselona" Levandovskiyə əvəzləyici tapıb

İtaliya "Yuventus"unun hücumçusu Duşan Vlahoviç karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, Kataloniya klubu artıq serbiyalı futbolçunu heyətinə qatmaq üçün ilk addımlarını atıb. Vlahoviçin mövcud klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

Məlumata görə, ı "Barselona" futbolçunu pulsuz transfer etməyi, yaxud qış transfer pəncərəsində çox sərfəli şərtlərlə (ya az məbləğ ödəməklə, ya da iyunda heç nə ödəmədən) klubuna gətirməyi hədəfləyir.

Katalonlar artıq bir müddətdir ki, hücumçu Robert Levandovskinin yerinə potensial əvəz axtarışındadır. Polşalı futbolçunun gələcəyi hələlik qeyri-müəyyəndir və onun gedişi yüksək səviyyəli oyunçu ilə doldurulmaq planlanır.

Chosen
15
90deqiqe.az

1Sources