Azərbaycan xalqının tarixində elə günlər vardır ki, həmin günlər əbədi olaraq milli birlik simvoluna çevrilib. Məhz həmin günlərdən biri də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu il dekabr ayının sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. Belə ki, 1991-ci ilin 16 dekabr tarixində o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Ulu Öndər hələ o vaxt uzaqgörənliyi sayəsində gözəl bilirdi ki, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların həmrəyliyinə nail olmağın vaxtıdır. Bu proses sözün əsl mənasında xalqımız üçün zərurətə və mənəvi ehtiyaca çevrilmişdi.Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün çox mühüm rol oynayır. Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün dünya azərbaycanılılarının birliyi inkişaf etməkdədir. Bu birlik indi Azərbaycan dövlətinin, Azərbaycan xalqının nüfuzunun artmasına, dünya arenasıda liderlik qazanmasına dəstək olmaqdadır. Elə bu səbəbdən də dünya tarixində görünməmiş 44 günlük Vətən Müharibəsi dövründə bu birlik, həmrəylik “Dəmir yumruq” rəmzində öz möhkəmliyini bir daha təsdiqlədi. Nəticə etibarı ilə bəzi özündən razı dünya liderləri, iqtisadiyyatı ilə öyünən ölkələr Azərbaycanla razılaşmalı oldular. Cılız bir “dövlət” olan Ermənistanın olmayan nüfuzu sıfıra endi, erməni diasporaları gülünc vəziyyətə düşdülər. Düşmən tərəf “dil pəhlivanı” olduqlarını, hərb meydanında nümayiş etdirdi. Ümid edirik ki, ermənilər bu acı zərbədən əbədi nəticə çıxaracaqlar. Həmrəylik anlayışı haqqında danışarkən bir millət olan Azərbaycan və Türk xalqının birliyindən mütləq qeyd etməliyik. Bu gün dünyada analoqu olmayan bu qardaşlıq Liderlərimizin sayəsində özünün ən yüksək pilləsinə qalxıb.Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” şüarı ilə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının səmərəli işi türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, cənab Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür. Vətən müharibəsi zamanı və tarixi Zəfərə gedən yolda türkdilli xalqlar və dünya azərbaycanlılarının həmrəyliyi dövlətimizə başucalığı gətirmiş, birlik, qardaşlıq nümayiş etdirərək müqəddəs torpaqlarımızın daimi sakini olduğumuzu dünyaya çatdırmaqda vasitəçi olmuşdular. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Bu yolda Ulu Öndərin layiqli davamçısı Müzəffər Prezidentimiz cənab İlham Əliyevin fədakar zəhməti və arxalandığı Azərbaycan xalqının möhkəm iradəsi, birliyi durur.Şahin Mənəfov;Neftçala rayonu


