EN

Zelenski Ukrayna ordusunun Donbasdan çıxarılması şərtini açıqladı

BAKI, 30 dekabr. TELEQRAF

“Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı mübahisə Kiyev və Moskva arasında danışıqlarda əsas maneə olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna bu ərazilərdən imtina edə bilməz, Donetsk və Luqansk vilayətləri (Donbas) ilə bağlı mümkün kompromis variantını qarşı tərəfə izah edib:

“Biz oradan çəkilə, öz ərazilərimizdən sadəcə imtina edə bilmərik. Məsələ təkcə qanunvericiklə bağlı deyil. Orada təxminən 300 min insan yaşayır. Bu insanları itirə bilmərik. Oradan çıxa bilmərik, çünki orada yüz minlərlə insan yaralanıb, on minlərləsi həlak olub. Bundan əlavə, orada bizim ordumuz yerləşir”.

Bununla yanaşı, Zelenski real kompromis variantının xüsusi qaydalarla azad iqtisadi zonanın yaradılması ola biləcəyini qeyd edib:

“Söhbət təkcə hüquqdan deyil, həm də yerdəki real vəziyyətdən gedir. Ona görə də, azad iqtisadi zonanın yaradılması ilə bağlı kompromis təklif etmişik. Əgər bir neçə kilometr geri çəkiliriksə, Rusiya da güzgü prinsipinə uyğun addımlar atmalı və qüvvələrini bir neçə kilometr geri çəkməlidir. Belə azad iqtisadi zonada xüsusi qaydalar tətbiq olunacaq”.

Prezident vurğulayıb ki, Kiyev bu cür qərara yalnız Ukrayna seçiciləri bunu referendumda dəstəklədiyi halda gedə bilər.

“Əgər belə bir iqtisadi zonanın yaradılması ilə bağlı qərar qəbul edilərsə, referendum onu ya təsdiqləmək, ya da rədd edəcək”.

Chosen
34
1
teleqraf.com

3Sources