EN

Rusiya səfiri Ermənistana Zəngəzur dəhlizi ilə bağlı XƏBƏRDARLIQ ETDİ

"Tramp marşrutu" Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünə təsir edə bilər.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Noyev Kovçeq" qəzetinə müsahibəsində deyib. O, Zəngəzur dəhlizi çərçivəsində aparılan işləri Moskvanın diqqətlə izlədiyini əlavə edib. 

"Rusiya Vaşinqtonda elan edilən "Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" adlı erməni-amerikan layihəsi ətrafındakı hadisələri diqqətlə izləyir. İndiyə qədər yalnız layihənin adını eşitmişik. Bildiyimiz qədəri ilə onun həyata keçirilməsi üzrə praktiki işlər hələ başlamayıb. Bu təşəbbüs konkret forma aldıqdan sonra mövqeyimiz formalaşdırılacaq", - səfir bildirib.

Chosen
3
1
modern.az

2Sources