EN

Sərnişin taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq edib

Bakı.Trend:

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Ələtqəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin“Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bubarədə zərərçəkmiş polis orqanına məlumat verib.

Trend-inməlumatına görə, polis əməkdaşları tərəfindən keçirilənəməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəlişəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismindətaksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketəgetməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindənoğurluq etdiyi məlum olub.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatanqəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdəoğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyənolunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Chosen
29
26
az.trend.az

10Sources