İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub.
“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.
Türkiyə KİV-inin yaydığı məlumata görə, 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri toqquşub.
Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.
Hadisənin fırtına səbəbindən baş verdiyi vurğulanıb.