EN

İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib. Bu barədə ASCO-dan bildirilib.

Hadisə küləkli hava şəraiti səbəbindən baş verib.

"Aidiyyəti qurumlara məlumat verilib və liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub. Hazırda hər iki gəmidə texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması üçün tədbirlər davam etdirilir", - məlumatda deyilir. 

Hadisə zamanı tankerlərdə yük olmayıb, vəziyyət nəzarət altındadır və heyətin təhlükəsizliyi təmin olunub. 

13:51

İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker toqquşub.

“Report”un “ məlumatına görə, hadisə yerinə xilasetmə qrupları cəlb edilib. Tankerlərdən biri 141 metr uzunluğunda “Kəlbəcər”, digəri isə 115 metr uzunluğunda “Alatepe”dir.

Chosen
10
7
anews.az

10Sources