EN

Azərbaycan gəmisi İstanbul sahilində “həyəcan siqnalı” verib - YENİLƏNİB

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

Bu barədə News365.az-a ASCO-dan məlumat verilib.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

***

İstanbulun Bakırköy Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən təcili çağırış daxil olub.

News365.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, hadisə yerinə xilasetmə qrupları göndərilib.

Chosen
41
12
news365.az

10Sources