EN

Laçının Bəylik kəndində yeni beton kanal və istinad divarı tikiləcək

ain.az, Bizim media saytına istinadən bildirir.

Laçın rayonunun Bəylik kənd yaşayış məntəqəsində yağış sularının idarə olunması məqsədilə beton kanalın və istinad divarının tikintisi ilə bağlı satınalma müsabiqəsi elan edilib.Bizim.Media xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender yaşayış məntəqəsində sel və yağış sularının təhlükəsiz şəkildə yönləndirilməsini təmin etməyə hədəflənib.Layihənin ehtimal olunan qiyməti 1 milyon 25 min 396 manat olaraq müəyyən edilib. Satınalma çərçivəsində Bəylik kəndində yağış sularının idarə olunması üçün beton kanalın inşası və ərazidə dayanıqlığın təmin edilməsi məqsədilə istinad divarının tikintisi nəzərdə tutulur.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
74
2
bizim.media

3Sources