EN

Azərbaycanın “Kalbajar” tankeri İstanbul sahilində “həyəcan siqnalı” verdi…


İstanbul sahillərində iki tankerdən “həyəcan siqnalı” alınıb. Türkiyə KİV-i məlumatına görə, həyəcan siqnalından sonra axtarış-xilasetmə qrupları səfərbər edilib.

Gəmilərdən birinin Azərbaycan, digərinin isə Türkiyə bayrağı altında üzən iki tanker olduğu açıqlanıb.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin hadisə ilə bağlı açıqlamasında deyilir ki,141 metr uzunluğunda “KALBAJAR” adlı tanker və 115 metr uzunluğunda “ALATEPE” adlı tankerin “Küçükçekmece Lövbər Bölgəsində” bir-biri ilə təmas etdiyini və gəmilərin sahilə yaxın olması səbəbindən xilasetmə qrupu və Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus KURTARMA-9 yedək gəmisi dərhal hadisə yerinə göndərilib.

TAHİR

Chosen
8
baki-xeber.com

1Sources