EN

Peskov: “Putinin iqamətgahına hücum cəhdi danışıqları pozmağa yönəlmiş terror aktıdır”- ÖZƏL

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna tərəfindən Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına edilmiş hücum cəhdi danışıqlar prosesini pozmağa yönəlmiş terror aktı hesab olunur. Olaylar.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, baş verənlər diqqətlə düşünülmüş siyasi təxribat xarakteri daşıyır:
"Novqorod bölgəsində prezidentin iqamətgahına edilən hücum cəhdi danışıqlar prosesinin pozulmasına yönəlmiş terror aktıdır," - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu cəhd eyni zamanda ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərinə də zərbə vurmağı hədəfləyir:
"Bu, Trampın səylərinin sabotajına yönəlib. Məqsəd bu mürəkkəb münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan təşəbbüsləri zəiflətməkdir," - Peskov vurğulayıb.
Rusiya rəsmisi həmçinin bildirib ki, Moskva Zelenski və bəzi Qərb media qurumlarının hadisəni inkar etməyə çalışdığını müşahidə edir:
"Görürük ki, Zelenski şəxsən bunu inkar etməyə çalışır və bir çox Qərb media orqanı, Kiyevin dəstəyi ilə, sanki bu hadisə baş verməyibmiş kimi informasiya yaymağa başlayır," - deyə Peskov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
85
11
olaylar.az

10Sources