EN

Bu il neçə şagird qızıl medal qazanıb? - Rəsmi

2025-ci ildə Azərbaycan şagirdləri beynəlxalq olimpiadalarda 93 iştirakçı ilə təmsil olunub, 5 qızıl, 18 gümüş, 33 bürünc medal və 16 həvəsləndirici sertifikat qazanıblar. Bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. 

Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 90 147 şagird iştirak edib. Olimpiadada 95 qızıl, 170 gümüş və 249 bürünc medal verilib.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında IX və X sinif şagirdləri arasında 9 872 şagird iştirak edib, 3 qızıl, 6 gümüş və 9 bürünc medal qazanılıb.

“Zəkaların mübarizəsi” olimpiadasında komandalar üzrə 6, fərdi yarışlar üzrə isə 15 şagird medal və hədiyyələrlə təltif olunub.

Gülnar Nazimqızı 

 

Chosen
35
2
anews.az

3Sources